Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti

0

  •     Azərbaycanın dövlət müstəqilliyinin elan
    edilməsinin ilk illərində respublikada mövcud olan qeyri-stabil ictimai-siyasi
    vəziyyət, o dövrdə hakimiyyətdə olan rəhbər şəxslərin dövlət idarəetmə
    sistemində peşəkarlıq səviyyələrinin aşağı olması və digər səbəblərdən cəmiyyətin
    avanqard qüvvəsi hesab edilən gənclərə yönəlik siyasət demək olar ki, diqqətdən
    kənarda qalmışdır.

      Müasir müstəqil Azərbaycanın memarı və qurucusu,
    xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidli tələbi
    ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı dövlət
    gənclər siyasətinə xüsusi önəm verdi və bu istiqamətdə qətiyyətli qərarlara
    imza atdı. Dünya miqyaslı siyasi xadim, təcrübəli dövlət adamı olan Ulu Öndər
    Heydər Əliyev çox gözəl bilirdi ki, gənclik müasir dövrün avanqard aparıcı qüvvəsi
    və eyni zamanda müstəqil dövlətin gələcəyinin etibarlı təminatçısıdır. Bunun
    üçün həm fiziki cəhətdən, həm də elmi və mənəvi dünyagörüşü baxımından sağlam gəncliyin
    yetişdirilməsi olduqca önəmlidir. Əgər bu olmazsa cəmiyyət sabitləşə və vahid
    qüvvəyə çevrilə bilməz. Dövlətin  bu
    günkü ictimai-siyasi vəziyyətinin sabit, gələcək inkişafının davamlı olmasını istəyiriksə
    hökmən düzgün dövlət gənclər siyasəti müəyyənləşdirilməli və bu siyasət davamlı
    olaraq həyata keçirilməli idi. Məhz bu səbəbdən də Ulu Öndər Heydər Əliyev gənclərə
    yönəlik uğurlu dövlət siyasətini müəyyənləşdirdi və bu siyasətlə dövlət səviyyəsində
    məşğul olmaq üçün 1994-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Gənclər və
    İdman Nazirliyinin yaradılması haqqında qərar qəbul etdi, qeyd olunan nazirlik
    qarşısında xüsusi tələblər qoydu və vəzifələr müəyyənləşdirdi. 02 fevral
    1996-cı ildə Ulu Öndər Heydər Əliyevin özünün də iştrak etdiyi Azərbaycan Gənclərinin
    I Formu keçirildi. Forumda iştrak edən Ulu Öndər Heydər Əliyev çıxışında
    demişdi: “Elə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə
    hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa,
    uğurlardan danışmaq olmaz”, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda
    “Gənclər Günü” kimi rəsmləşdirildi və hər il “Gənclər Günü” olaraq qeyd edilir.

       Ulu
    Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlət gənclər siyasəti cənab
    Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra olduqca uğurla
    davam etdirildi. Gənclərin müasir dövrün tələblərinə uyğun istər fiziki, istər
    elmi, istərsə də mənəvi cəhətdən formalaşması üçün lazım olan bütün tədbirlər həyata
    keçirildi. Respublikanın  bütün bölgələrində
    Olimpiya İdman Kompleksləri, digər idman zalları və meydançaları tikilib
    istifadəyə verildi. Vaxtaşırı olaraq müxtəlif məsələlərə aid tədbirlər keçirilməsi
    və Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında iştrakı təmin
    edildi.

      Prezident İlham Əliyev müasir Azərbaycan gəncləri
    haqqında bunları deyir: “Müasirlik və kreativlik, yüksək keyfiyyətli  təhsil və işgüzarlıq olan yerdə gəncliyə
    xas  yenilikçi düşüncə sivilizasiyasının
    bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada
    qarşılaşdığımız bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti
    sayəsində öz həllini tapacaq”.

      Cənab Prezident İlham Əliyev Azərbaycan gəncliyinə
    önəm verərək 2007-ci ili “Gənclər ili” elan etmişdir ki, bu da ölkə başçısının
    gənclər siyasətinə nə qədər yüksək əhəmiyyət verdiyinin təsdiqidir. Cənab
    Prezident İlham Əliyev müasir Azərbaycan gəncliyinin cəmiyyətdə mövqeyinin gücləndirilməsi,
    gənc nəslin potensialının üzə çıxarılması və onların ideyalarının
    reallaşdırılması məqsədilə 19 dekabr 2011-ci il tarixli sərəncamı ilə Gənclər
    Fondunu təsis etdi. Gənclər Fondu ölkəmizdə gənclər siyasəti ilə bağlı elm, təhsil,
    mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasına
    dövlət dəstəyini təmin etmək məqsədilə yaradıldı və müasir gəncliyin
    formalaşmasında müstəsna rola malikdir.

       Azərbaycan Respublikasının Prezidenti cənab
    İlham Əliyevin 2007-ci ildə imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
    xarici ölkələrə təhsili üzrə Dövlət Proqramı” na əsasən 5000 azərbaycanlı gənclər
    dünyanın aparıcı ali məktəblərində təhsil almalarına şərait yaradıldı ki, bunun
    hesabına müasir dövrün tələblərinə cavab verən mütəxəssizlər yetişdirildi və həmin
    gənclər bu gün dövlətin ayrı- ayrı qurumlarında 
    uğurla fəaliyyət göstərirlər.

     02 iyul 2012-ci ildə  Azərbaycan Respublikasının Prezidentinin sərəncamı
    ilə “Gənclər üçün  Prezident Mükafatı” təsis
    edildi ki, bu da müxtəlif sahələrdə fərqlənən, xüsusi istedada malik olan gənclərin
    mükafatlandırılması məqsədilə təsis edilmişdir və cənab Prezident İlham
    Əliyevin Azərbaycan gəncliyinə qayğısının nümunələrindən biridir.

       Müasir Azərbaycan gəncliyinin xalqımız üçün
    qazandırdığı çoxsaylı uğurlar mövcuddur.

       Minlərlə Azərbaycan gənci beynəlxalq səviyyəli
    idman yarışlarında ən yüksək nəaliyyətlər göstərərək Azərbaycan Bayrağını
    dünyanın müxtəlif dövlətlərində yüksəkliyə ucaltmış, mədəni irsimizi,
    musiqimizi, elmimizi dünya miqyasında tərənnüm etməyi bacarmlşlar. Ancaq müasir
    Azərbaycan gəncliyinin ən böyük nəaliyyəti 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı
    cəmi 44 günlük Vətən müharibəsində  azad
    etmələridir. Prezident İlham Əliyev olduqca doğru olaraq öz çıxışlarında qeyd
    etmişdir ki, torpaqlarımızı işğaldan azad edən gənclərimiz o torpaqları görməmişdilər
    və onların əksəriyyəti mənim hakimiyyətim illərində formalaşmış, tərbiyyə
    olunmuş insanlardır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər
    siyasəti sayəsində fiziki hazırlıqlı, müasir hərbi biliklərə yiyələnmiş və ən əsası
    vətənpərvər bir nəsil yetişdirildi və bu da xalqımıza möhtəşəm Qələbəni
    qazandırdı. Xalqımıza Qələbənin qazandırılması yolunda şəhid olanların müqəddəs
    ruhları qarşısında  baş əyir, Allahdan
    onlara rəhmət diləyirəm.

        Müasir, müstəqil Azərbaycan Respublikasının
    bugünkü səviyyəyə yüksəlməsində müstəsna yeri və rolu olan Yeni Azərbaycan
    Partiyasının sıralarında gənclərin sayı olduqca çoxdur və bu bizim siyasi
    partiya olaraq gələcəyimizin etibarlı təminatçılarıdırlar.

      2 fevral “Gənclər Günü” münasibəti ilə bütün
    gənclərimizi təbrik edir, hər birinə xoşbəxt, firavan gələcək arzulayıram.

       Gənclər Bayramınız Mübarək!..

     Vahid Əliyev,

    YAP Xocalı
    rayon təşkilatının sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti

    Maraqlı gələ bilər
    24
    19
    78
    117
    137
    87
    24